Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANLI ŞİƏLƏR İSRAİL BAYRAĞINI YANDIRIB LƏNƏT OXUDULAR: “ÖLÜM OLSUN İSRAİLƏ!” – VİDEO

“Azərbaycan oyaqdır, Fələstinə dayaqdır”…

Sosial şəbəkədə şiə təriqətinə mənsub olan bir qrup gəncin İsrail əleyhinə səsləndirdiyi etirazın videogörüntüləri yayılıb.

Din.az “A24.az”a istinadən xəbər verir ki, videoda üzləri görünməyən bir qrup şəxs İsrail bayrağını əllərində tutaraq “Azərbaycan oyaqdır, Fələstinə dayaqdır. Azərbaycan oyaqdır, Qarabağa dayaqdır. Azərbaycan oyaqdır, məzlumlara dayaqdır. Ölüm olsun, İsrailə! Məhv olsun İsrail. Sionistlərə ölüm olsun! ” şüarları altında bayrağı yandırıb ayaqlarının altında tapdalayıblar.

Qeyd edək ki, etiraz Qüds günü 25 iyun 2017-ci il tarixində Göygöl rayonunda keçirilib.

Sözügedən videogörüntüləri sizə təqdim edirik:

QÜDS günü 2017Göygöl rayonunda "məhv olsun İsrail" şüarları səsləndi.İşğalçı rejimin bayrağı Azərbaycanlıların ayaqları altında…

Posted by Rauf Məcidov on Sonntag, 25. Juni 2017

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az