Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AZƏRBAYCANLI MEMARIN ƏL İŞİ BÜTÜN TÜRKLƏRİ HEYRAN QOYDU – FOTOLAR

Çəmən otlarını xatırladan döşəməli məscid….

Türkiyənin Kırşehir şəhərində azərbaycanlı memar tərəfindən dizayn edilən məscid qarşıladığı bütün qonaqları valeh edir.
Din.az bildirir ki, bu məscidin özəlliyi çəmən otlarını xatırladan döşəməsi, tavanındakı göy üzü rəsmləri və divarlardakı ağac rəsmləridir.
1910-cu ildə kərpicdən kiçik bir məscid formasında tikilən bina hazırda Həmidiyyə adını daşıyır.
Azərbaycanlı bir memar tərəfindən daxili dizayn edilən və bu il yenidən istifadəyə verilən məsciddə ibadət edən müsəlmanlar özlərini cənnətdə imiş kimi hiss etdiklərini deyib.
Məsciddə “Qurani-Kərimin” “Bəqərə” surəsinin 22-ci ayəsindəki sözlərə uyğun olaraq girişə sarmaşıq ağacları, pəncərə aralarındakı boş divarlara qovaq ağacları, tavana səma və bulud şəkilləri, mehraba şəlalə şəkilləri çəkilib. Döşəməyə isə çəmənlik təəssüratını yaradan yaşıl xalı sərilib. Çöl divarına ərəb dilində “Allah” sözü yazılıb.
Həmidiyyə məscidinin imamı Səfa Əkinçi ibadətə gələn bütün müsəlmanların yeni dizayna heyran qaldıqlarını və burada özlərini çox rahat, fərəhli hiss etdiklərini deyib. /Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az