Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Azərbaycanlı heykəltəraş Roma Papasının portretini hazırlayıb – FOTO

Portret artıq Müqəddəs Roma Papasına təqdim olunub

iskenderov_papa_heykel_150716_02Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa nəsib olub.

“Din.az” xəbər verir ki, Trend-in məlumatına görə, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün azərbaycanlı heykəltəraş Romaya dəvət edilib.

Xüsusi materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb.

Azərbaycanlı heykəltəraş Zeyalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə, təşəkkürünü bildirib.

Qeyd edək ki, portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

iskenderov_papa_heykel_150716_03

iskenderov_papa_heykel_150716_04

iskenderov_papa_heykel_150716_01

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az