Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanlı gənclər məhkəmə hakimlərini şoka saldı

İki azərbaycanlı sistem \əleyhinə təbliğat aparmaqda ittiham olunub.

Cənubi azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Cəfər Rüstəmiradin məhkəmə iclası keçirilib.

Din.az Publika.az-a istinadən xəbər verir ki, Tehran Məhkəməsində mühakimə olunan fəalların ikisi də sistemin əleyhinə təbliğat aparmaqda ittiham olunub.

Hazırda Tehranın Evin zindanında 6 aylıq həbs cəzasını çəkməkdə olan İbrahim Nuri özünümüdafiə mətnini azərbaycan dilində məhkəməyə təqdim edib. Bundan təəccüblənən hakim və onun müavini mətnin fars dilində yazılmasını istəyib. Lakin azərbaycanlı fəal bununla razılaşmayıb. Sonda azərbaycan dilində təqdim olunan mətn olduğu kimi dosyeyə əlavə olunub.

Hakim prosesin sonunda bildirib ki, mülki vəsiqə təqdim olunarsa, fəalın müvəqqəti azadlığa buraxılması üçün qərar qəbul oluna bilər. Lakin azərbaycanlı fəal bu dosyeyə görə vəsiqə təqdim etmək niyyətində olmadığını bildirib.

Bundan sonra müvəqqəti azadlıqda olan Cəfər Rüstəmiradın mühakiməsi başlayıb. Onun da özünümüdafiə mətnini Azərbaycan dilində təqdim edəcəyi gözləndiyi üçün məhkəmə prosesi sual-cavab şəkilində keçirilib.

Qeyd edək ki, İbrahim Nuri və Cəfər Rüstəmirad iyulun 2-də Güney Azərbaycanda keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar Tehranda həbs edilib. Cəfər Rüstəmirad dindirildikdən sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Lakin Tehran Məhkəməsi İbrahim Nurinin müvəqqəti azadlığına dair hökm çıxarsa da, daha əvvəl başqa məhkəmələrdə həbsə məhkum olunduğu səbəbiylə onun sərbəst buraxılmasına icazə verilməyib və 6 aylıq həbs hökmünün icrasına başlanılıb.

Adları çəkilən fəallar bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az