Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Azərbaycanın dini icmaları Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət edəcək

Fevralın 21-də bununla bağlı QMİ-də böyük konfrans keçiriləcək.

”Xocalı faciəsindən 25 il ötür. Mən qətlə yetirilən o uşaqları, qocaları, qadınları gözlərimlə görmüşəm”.

“Din.az”ın APA-ya istinsdən verdiiyi məlumata görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, fevralın 21-də bununla bağlı QMİ-də böyük konfrans keçiriləcək: “Konfransda dini icmaların rəhbərləri kimi bizim dünya dövlətlərinin parlamentlərinə müraciətimiz olacaq. Fotoşəkillərə, sənədlərə baxanda sizin Xocalı soyqırımı barədə təəssüratınız formalaşacaq. Fevralın 21-də keçiriləcək konfransda sizi də iştirak etməyə dəvət edirəm”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az