Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AZƏRBAYCANDAN HƏCC ZİYARƏTİNƏ KVOTADAN ARTIQ SAYDA ZƏVVAR GEDƏCƏK

Bu il zəvvarların sayı ötən ildən azdır.

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayı kvotadan artıq olacaq.

Din.az APA-ya istinadən xəbər verir ki, Həccə nəzərdə tutulan kvotadan 300 nəfər artıq zəvvar yola düşəcək.

Xatırladaq ki, builki kvota 600 nəfər nəzərdə tutulmuşdu. Hazırda isə 900 azərbaycanlı zəvvar ziyarətə hazırlaşır.

Qeyd edək ki, ziyarət sabahdan – avqustun 24-dən başlayır. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az