Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda yasaq qəbirlər…

“Bizdə qapalı qəbiristanlıqlar yoxdur”.

Qəribədir, sonumuzun ölüm olduğunu bilə-bilə yaşayırıq. Yaşamaq uğrunda mübarizə aparırıq, hətta yaşayarkən başqalarının ölümünə səbəb olur, dost dediyimizin uğur qazandığını görüb qəbiri qazılmadan ayağının altını qazırıq. Deyirlər, çiyinlərimizdə xeyir və şər mələkləri var. Biri yaxşı əməllərimizi, digəri şər əməllərimizi yazır. İndi mələklərin də işi çətinləşib. Axı, mələk cildinə girib şeytan işi görən insanların sayı bir deyil, beş deyil, on deyil, yüzlərlədir. Onlar yanımızda, ətrafımızda, bəzən də lap evimizin içindədirlər. Yazıq mələklər də çaşır yəqin günah-savab yazanda. Bir əmələ baxır, bir də əməl sahibinin şeytanlaşmış mələk sifətinə…Bilmir onu Cəhənnəmə vasil etmək üçün pis əməllərinin sayını artırsın, yoxsa Cənnətə düşmək üçün biletmi versin…

Bəli, əməllərimizdən dolayı Cənnətə yoxsa Cəhənnəmə vasil olacağımız dəqiq məlum olmasa da, öləcəyimiz dəqiqdir. Hər nə qədər bəziləri heç ölməyəcəkmiş kimi yaşasalar da…

Amma öləndən sonra hərənin qəbrini ziyarətə gələcək bir yaxını, göz yaşı tökən bir əzizi mütləq olacaq, ölən ən qatı cinayətkar olsa da belə…Bəs, yaşadığı müddətdə əlindən yalnız pis əməl gələn, havasını udduğu torpağına xəyaət edənlərin qəbirini ziyarət etmək yasaqlana bilərmi? Ümumiyyətlə, Azərbayacanda yasaq qəbirlər varmı?

Din.az “Milli.Az”a itinadən  xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyev əvvəllər yasaq qəbirlər olduğunu bildirir:

“Bəli,  əvvəllər yasaq qəbirlər olub. Bu, dinə olan münasibətlərə, ayrı-ayrı hadisələrə yanaşmalara, şəxsin əqidəsinə bağlı olan məsələdir. Amma indi XXI əsrdə kimin qəbrini kimin ziyarət etməsi onun şəxsi işidir. Bununla bağlı hansısa qadağalar qoyula da bilməz”.

Onun sözlərinə görə, bu, insan haqlarına ziddir:

“Dünyasını dəyişən şəxs qatı cinayətkar olsa belə, yaxın qohumları, yaxud digər şəxslər istədiyi vaxt onun qəbrini ziyarət edə bilər. Buna heç kim qarşı çıxa bilməz. Bizdə qapalı qəbiristanlıqlar da yoxdur. Ümumiyyətlə, bunun qadağan olunması absurddurvə heç bir məntiqə söykənmir. Bu, insanların konstitusion hüquqlarına, hərəkət azadlığına, qohumluq münasibətlərinə ziddir. Ona görə də insan öləndən sonra qəbri nə əqidəsinə, nə fəaliyyətinə, nə yaşam tərzinə görə yasaqlanmaz. Hüquq heç vaxt bunu tənzimləməz”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az