Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“AZƏRBAYCANDA XRİSTİANLIQ: KEÇMİŞDƏN BU GÜNƏ” KİTABI NƏŞR OLUNUB

Kitabda ölkəmizdə mövcud olan cərəyanlar və dini icmalar haqqında təfsilatlı məlumat verilib.

Xristianların Azərbaycandakı zəngin tarixi irsini və ənənələrini üzə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant ənənələri təbliğ etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub.

Din.az bildirir ki, Komitədən “Trend”ə verilən məlumata görə, kitabın müəllifi Dövlət Komitəsinin Dini təhsil sektorunun müdiri Anar Əlizadədir.

Tədqiqat əsərinin “Qədim Şərq Kilsəsi”, “Pravoslavlıq”, “Katoliklik”, “Ruhani Xristianlıq”, “Protestantlıq” kimi fəsillərində qrafik, cədvəl və sxemlər əsasında ölkəmizdə mövcud olan bütün xristian konfessiyalar, cərəyanlar və dini icmaların tarixi keçmişləri, inanc əsasları, idarəetmə strukturu, etnik, say və yaş tərkibi haqqında təfsilatlı məlumat verilib.

Zəngin fotomaterialların yer aldığı nəşrin ərsəyə gətirilməsində Azərbaycan Dövlət Tarix Arxivinin, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın müvəkkilinin və Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin arxiv materiallarından istifadə olunub, eyni zamanda Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan duxoborlardan müsahibə götürülüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az