Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda təcavüz edilən, öldürülən qadınlar… – Zorakılığın səbəbləri…

“Xəyanət zorakılığa yol açan əsas faktordur”.

Qadınlara qarşı zorakılıq son zamanlar günün aktual mövzusuna cevrilib.

Din.az bildirir ki, ailədə qısqanclığın yaranması çox hallarda qadına qarşı zor tətbiq edilməsinə gətirib cıxarır. Bu isə psixoloji amillərdən biri hesab olunur.

Qadınlar niyə zorakılığa məruz qalır?

“Xəyanət zorakılığa yol açan əsas faktordur”.

Bu sözləri Metbuat.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

“Ailədaxili münasibətlərə təsir göstərən müxtəlif faktorlar var. Mobil telefonlar, internet, bəzi insanlarda yaşanan psixoloji gərginlik, stress faktoru, psixiatrik problemlər, zərərli vərdişlərdən asılılıq kimi səbəblər ailədaxili münaqişələrə gətirib çıxara bilir. İstər yeni ailə quran, istərsə də uzunmüddətli evlilik həyatı yaşayan cütlüklərdə müxtəlif səbəblərdən boşanma halları özünü göstərir. Onların da statistikasına nəzər yetirdikdə ortaya xüsusilə xəyanət faktorları çıxır. Bu isə cütlüklər arasında mübahisə və şiddətə yol açır. Şiddət isə tərəflərdən birinin həyatına son qoyulmaqla nəticələnir. Son zamanlar zorakılıq halları yalnız kişilər tərəfindən deyil, qadınlar tərəfindən də həyata keçirilir. Ortada çox incə bir fərq var. Kişi əgər şiddət göstərirsə, qadın müdafiə olunma prosesində qarşı tərəfə xəsarət yetirir. Zoru kişi tətbiq edir”. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az