Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AZƏRBAYCANDA SİQARETLƏRİN SATIŞI MƏHDUDLAŞDIRILIR? – FOTO

“Siqaretin bütün növləri təhlükəlidir, istər filterli olsun, istərsə də filtersiz, elektron siqaretlərdə təhlükəlidir, qəlyan da!”

İqtisadiyyat Nazirliyi “Azəri” korporasiyasına həmin müəssisənin 2016-cı ilin iyulundan Şəkidə istehsal etdiyi filtrsiz “Piramida” siqaretinin satışını qadağan edib.

“Din.az” “A24.Az”a istinadən  xəbər verir ki, bu barədə “Azad İstehlakçılar” Birliyinin rəhbəri Eyyub Hüseynov məlumat verib. Sədr özünün sosial şəbəkədəki hesabında bunları qeyd edib:

“Hörmətli İstehlakçılar, 6 aylıq gərgin mübarizədən sonra nəhayət ki, Şəkidə “Azəri”korporasiyası tərəfindən istehsal olunan daha da təhlükəli siqaretlərin istehsalına de-yure son qoyuldu! İndi gözləyək görək bu qadağa barədə “Azad İstehlakçılar”İctimayi Birliyinə (AİİB) məlumat verən Dövlət orqanı bunu satışden de-fakto yığışdıracaqmı?!

Bir daha qeyd edirik ki,siqaretin bütün növləri təhlükəlidir, istər filterli olsun, istərsə də filtersiz, elektron siqaretlərdə təhlükəlidir, qəlyan da! Bu işdə dəstək vermiş KİV nümayəndələrinə təşəkkür edirəm!”

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin cavab məktubunda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 14 dekabr 2016-cı ildən “Azəri” korporasiyasına filtrsiz siqaret istehsalı üçün 16 iyul 2016-cı ildə verilən gigiyena sertifikatı ləğv edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az