Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanda siqaret çəkən gənclərlə bağlı statistika açıqlanıb

Siqaret çəkən yeniyetmələrin 64,8 %-i mağazadan siqaret alıb.

Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin siqaret çəkməsi ilə bağlı statistika açıqlanıb.

“Din.az” APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Tofiq Musayevin bildirdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3 %-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib.


“Yeniyetmələrin 28,8 %-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8 %-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər” – deyə, şöbə müdiri qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az