Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANDA RUHUNU KEŞİŞƏ TƏMIZLƏDƏN HİCABLI QADIN – “FALA BAXDIRMAĞA GƏLMİŞƏM”- VİDEO

Kafedral kilsəsində maraqlı hadisə…

Jen Mironosits provoslav kafedral kilsəsində maraqlı hadisə ilə qarşılaşdıq.

Din.az bildirir ki, “A24.Az” müxbir qrupu olaraq sözügedən kilsədə çəkiliş edərkən hicablı qadının olması diqqəti  cəlb edib. Marağımıza yenilərək yaxınlaşıb xanımın əvvəlcə müsəlman olub-olmadığını soruşduq.

Qadın cavabında müsəlman olduğunu, lakin kilsəyə fala baxdırmağa gəldiyini bildirdi. Maraqlısı ondadır ki, xüsusi məqsədlə kilsəyə gələn tək müsəlman həmin xanım deyildi.

Baş keşişin ayin üçün kilsəyə gəlmə vaxtı yaxınlaşdıqca, bura fala baxdırmaq üçün gələn müsəlman qadınların sayı artırdı.

Hicablı qadınla söhbətimiz zamanı aralarından biri söhbətə müdaxilə edərək “Bura keşişə ruhumuzu pis qüvvələrdən təmizlətməyə gəlmişik”-deyə bildirdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az