Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AZƏRBAYCANDA QƏLYAN LƏĞV OLUNA BİLƏR

“Qəlyan çəkməyi qadağan etmək lazımdır”.

Milli Məclisdə keçirilən müzakirələrdə qəlyanın qadağan olunması təklif edilib.

Din.az bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Araz Əlizadə deyib ki, qəlyan çəkməyi qadağan etmək lazımdır: “Bu, çox ziyanlıdır. Bunun arxasında kim dayanır bilmirəm, amma yığışdırmaq lazımdır. Deyirlər, bunu turistlər istəyirlər. Ölkəyə gələn hər bir kəs qanuna uyğun davranmalıdır”.

Komitə sədri Hadı Rəcəbli isə çıxışında deyib ki, ölkədə siqaretə tətbiq olunan qadağalar qəlyana da tətbiq edilir.

Araz Əlizadə isə buna etiraz edib. O deyib ki, qəlyan tamamilə qadağan olunmalıdır. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az