Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Azərbaycanda qəbirlər günü-gündən “ucalır”

Yəni, “navesli” qəbir düzəldənlərin sayı artır…

debdebeli (1)Dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı yeni qaydaların tətbiqi hələ ki, yubanır. Bu yubanmadan da bəziləri məharətlə yararlanır.

Hazırda elə qəbiristanlıqlar var ki, kimlərsə bəri başdan məzar yeri alıb məqbərə şəkilli qəbir daşları düzəltdirməklə məşğuldur. Bilirlər ki, gec-tez qəbir daşları ilə bağlı standartlar müəyyənləşəcək, o zaman məzarın üzərində abidə ucalda bilməyəcəklər, indidən canfəşanlıq edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “yeni qaydalar köhnə qəbirlərə şamil edilməyəcək” vədi də məqbərə, abidə həvəskarlarını ruhlandırıb. Nə qədər ki, qanun qəbul olunmayıb, qərar verilməyib, fürsətdən istifadə edirlər. Bu günlərdə Qaraçuxur qəbiristanlığında analoji hal yaşanır. Kiminsə yaxını rəhmətə gedib, ya da bəlkə kimsə bəri başdan özü üçün məzar yeri kirayələyib “navesli” qəbir düzəltdirir. Ustalar günün altında səhərdən-axşamadək işləyirlər. Qəbir günü-gündən “ucalır”.

404081577

“Din.az” xəbər verir ki, DQİDK-nin məsələyə münasibəti gözlənilən kimi oldu. Komitənin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirdi ki, qəbiristanlıqlar və dəfn qaydaları ilə bağlı yeni standartlar hökumət tərəfindən hələ təsdiq edilmədiyinə görə kiməsə qadağa qoymaq, müdaxilə etmək mümkün deyil:

“Məlumdur ki, DQİDK dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı yeni standartların müəyyənləşməsi təklifi ilə çıxış edib. Bu, DQİDK-nin tərtib etdiyi layihədir və orada komitə təklif və tövsiyələrini ifadə edib. Layihədə qəbir daşlarının, hətta sinə daşlarının ölçüsü, hündürlüyü, eni, hər bir məsələ əksini tapıb. Komitə təklifləri hökumətə təqdim edib. Nazirlər Kabineti bununla bağlı qərar verməlidir, bundan sonra qaydalar qüvvəyə minəcək. Rəsmi qərar olmadıqca, kiməsə müdaxilə etmək mümkün deyil”.

404081747

Qeyd edək ki, bir müddət öncə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı qanun layihəsinin işlənib hazırlandığını, layihənin Prezident Administrasiyasından yaxın zamanlarda Milli Məclisə daxil olacağını bildirmişdi. H.Rəcəbli dünyada konkret standartlar əsasında yaradılan qəbiristanlıqların mövcud olduğunu, Azərbaycanın da bu məsələdə bəzi islam dövlətlərindən nümunə götürməli olduğunu demişdi.

404082889

E.Kərimova isə hesab edir ki, bu məsələ həm də vətəndaşların özündən asılıdır:

– Azərbaycan insanı islam dininin daşıyıcısı olaraq dini qayda-qanunları bilməlidir. İnsanlarımız qəbul etməlidirlər ki, dinimiz hündür, təmtəraqlı başdaşları qoyulmasını, məzarların üzərində məqbərə tikilməsini məqbul saymır. Eləcə də, yas mərasimlərində israfçılığa yol verilməsi qəbuledilməzdir. Komitə bu sahədə maarifləndirici işlər aparır, konfranslar, seminarlar keçirir. Amma nə qədər ki, vətəndaşlarımız şüurlu şəkildə israfçılığın dinimizə zidd olduğunu anlayıb qəbul etməyəcəklər, inzibati tədbirlərlə problemi həll etmək çətin olacaq.

600@0

2016-07-13-14-54-39qebr

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az