Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda ölüm hökmünun bərpa olunması ilə bağlı TƏKLİF

“Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir”.

Azərbaycanda xüsusi ağır cinayətlərlə bağlı ölüm hökmünün bərpa edilməsi lazımdır.

Din.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev təklif edib.

Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan insan haqları və azadlıqları haqqında Beynəlxalq Konvensiyaya qoşulub, bununla belə ölkənin müharibə şəraitində olduğu nəzərə alınmalıdır.

Millət vəkili vurğulayıb: “Tərtər rayonunda baş vermiş son hadisələr bir daha sübut edir ki, xüsusi cinayətlərə qarşı, ələlxsus dövlət əleyhinə olan əməllərə görə ölüm hökmü bərpa edilməlidir”.

Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölüm hökmünün bərpası ilə bağlı təklifinə etiraz edib.

Çıxış edən S. Novruzov deyib ki, ölüm hökmünün bərpası doğru deyil: “Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir.  Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az