Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANDA MÜƏLLİMLƏRƏ GEYİM QADAĞASI

“Geyimlər şagirdlərin fikrini yayındırır”

Zaqatala və Balakəndə müəllimlərə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub.
Din.az Sputnik.az-a istinadən bildirir ki, Balakən və Zaqatala rayon Təhsil şöbələri bu rayonlarda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil şöbələrindən APA-ya daxil olan açıqlamada qeyd edilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb. Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq.

Bununla bağlı bildirilib ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az