Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANDA İLK QƏDR GECƏSİNİ BAŞLARINDA KİTABLA QEYD ETDİLƏR – FOTOLAR

Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir.

Azərbaycanda iyunun 13-dən 14-nə keçən gecə Ramazan ayının ilk Qədr gecəsi qeyd olunub.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Bakıdakı “Fatimeyi-Zəhra” məscidinə toplaşan inanclı insanlar bu gecə münasibətilə ibadət edərək dualar oxuyublar, din xadimləri Ramazan ayının fəzilətlərindən danışıblar.

Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Lakin Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də “Əhya gecələri” adlanır.

Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq. Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az