Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AZƏRBAYCANDA HƏCC KVOTASI QALDIRILDI

600 nəfərlik kvotaya 300 nəfər əlavə edildi.

Bu il Azərbaycandan Həcc ziyarətinə 600 deyil, 900 nəfər gedəcək.

Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən Report-a verilən məlumata görə, 600 nəfərlik kvota müəyyənləşdirilsə də, sonradan siyahıya 300 nəfər əlavə olunub. Bu isə kvotanın 50 faiz artırılıması deməkdir.

Bu il Həcc ziyarəti üçün 3850 dollar məbləğ müəyyənləşdirilib.

Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az