Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycanda halal turizmin tətbiqi təklif olunur

“Halal idarəetmə sistemi” tətbiq ediləcək.

“May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi müsəlman ölkələrindən gözlənilən turist axını Azərbaycanda halal turizm sahəsinin tətbiqini zəruri edir”.

“Din.az” bildirir ki, APA-nın məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tələblərinə həsr olunan seminarda deyib. O bildirib ki, sözügedən standart halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, otellər, motellər və digər mehmanxana tipli obyektlər üçün “Halal idarəetmə sistemi”ni əhatə edir: “Müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsplərə uyğun olaraq yaşayışı, qidalanması və asudə vaxtlarının səmərəli keçirilməsi üçün standartda bir sıra tələblər öz əksini tapıb. Belə ki, tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu və spa xidmətləri göstərilir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az