Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AZƏRBAYCANDA HALAL STANDARTLAR TƏTBİQ EDİLƏCƏK – YENİLİK

IV İslam Həmrəyliyi Oyunlarına gələcək qonaqlar halal qidalardan

Mədəniyyət və Turizm Nazirliyi (MTN) və Azərbaycan Turizm Assosiasiyası birgə otellərdə və turizm mərkəzlərində tətbiq olunacaq  halal standartlar hazırlayacaq. A24.Az xəbər verir ki, artıq bununla bağlı müzakirələr aparılır və sabah bu barədə iclas keçiriləcək.

“Din.az” xəbər verir ki, bu təklifi Mədəniyyət və Turizm Nazirliyi irəli sürüb. Əsas məqsədlərdən biri də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına gələcək qonaqların bu xidmətlərdən yararlana bilməsidir.

 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, bu standartlar ölkə ərazisində bütün turizm mərkəzlərində tətbiq ediləcək.

Halal standartlar dedikdə qapalı hovuzlardan istifadə, yəni xanımların və kişilərin bu cür ümumi yerlərdən istifadə qaydaları və s daxildir. Bundan başqa restoranlarda spirtli içkilərin və donuz ətindən olan qeyri halal məhsulların verilməməsi də bu qaydalarda əks olunub.

Qeyd edək ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 50 müsəlman  ölkəsindən idmançı və turistlər gələcək. M. Ağakərimov yarışa gələcək turistlərin sayı barədə hələ ki, dəqiq rəqəmləri demək mümkün olmadığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az