Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AZƏRBAYCANDA GƏNCLƏRİ DİNİ EKSTREMİZM VƏ SEPARATİZMDƏN QORUMAQ ÜÇÜN YENİ İŞ METODLARI TƏTBİQ EDİLƏCƏK

Gəncləri dini ekstremizm və separatizm kimi təsirlərdən qorumaq üçün yeni metodlar tətbiq ediləcək.

Gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.

Din.az APA-ya istinadən bildirir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramında qeyd edilib ki, gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Dövlət Proqramının icrasının nəticəsi olaraq 2021-ci ilin sonuna qədər aşağıdakılara nail olunması gözlənilir:

– gənclər siyasətinin səmərəliliyinin artırılması;
– gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi;
– gənclərin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi;
– gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsi;
– gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması;
– qeyri-formal təhsil vasitəsilə gənclərin inkişaf etdirilməsi;
– mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi;
– regionlarda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması;
– gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması;
– gənclərin hüquqi biliklərinin artırılması;
– informasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılması;
– gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az