Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Azərbaycanda gənc şair Quranı cırıb meymuna çevirilməyi gözlədi – Quran isə cavab verir…

Oturub gün sayıram ki, meymuna çevriləcəm ya da ev başıma uçacaq…

Gənc şairə Qurani Kərim özü cavab verdi. 

A24.az xəbər verir ki, Gənc şair Eminquey Akifin “Facebook” hesabındakı paylaşdığı yazı sərt reaksiyalara səbəb olub.  O istehza ilə Quranın vərəqini cırdığını iddia edərək bunları qeyd edib:

“Oturub gün sayıram ki, meymuna çevriləcəm ya da ev başıma uçacaq… Qorxuram”

Akif Eminquey Quranın kağız və mürəkkəbini müqəddəsləşdirənlərə istehza olaraq belə bir addım atıb.

Quranı daim yüksək yerlərə qoyaraq ona dəyər vermək, üç dəfə öpüb alnına qoymaqla onu sevdiyini bildirmək sadəcə süni görünüş xarakteri daşıyır. Kağız və mürəkkəbi müqəddəsləşdirən şəxslər də zaman-zaman bu hipnozun altında yüzlərlə xurafatın təsirinə düşməyi bacarıb. Bunlardan biri də illər öncə yayılan “Bir qız Quranın vərəqini cırdı və bir məxluqa çevrildi” xəbəri idi.

Bir çox insanın telefonunda şəkili olan bu qeyri-adi məxluq çoxlarının inanmasına və Qurandan daha çox qorxmasına, əlinə ehtiyatla götürməsinə səbəb olmuşdu. Bunun da səbəbi bir məlumat haqqında araşdırmadan inanmaq və bu cür xurafatların təsiri altında olmaqdır.

Uca Allah Quranda buyurur:

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Hucurat” surəsi, 6)

Quranın vərəqini cırmaq, yerə qoymaq və ya Quran vərəqində qələmlə qeyd aparmaqla insan qeyri-adi varlığa çevrilməz.

Allah Quranda Musa peyğəmbərin üstünə ayələri yazdığı daşları qəzəblənib yerə atdığından bəhs etsə də, hər hansı qınama halına rast gəlmirik.

“Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?” Musa qəzəbindən üzərində ayələr olan lövhələri yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı.” (“Əraf surəsi”, 150) 

Qurana onu öpmək, ipək parçalara bükmək və ya evin əl çatmaz yerlərinə qoymaqla deyər verilməz. Allahın bizim oxumağımız üçün göndərdiyi kitabı oxumaq, qəlbimizə yerləşdirmək və Quranla hərkət etməklə ona dəyər verməmizi göstərə bilərik.

“Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.”(“TaHa” surəsi, 2,3)

A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az