Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AZƏRBAYCANDA DİNİ TƏHSİL PULSUZ OLACAQ

Pulsuz dini təhsil vermək üçün maneə yaradan səbəblər…

Azərbaycanda dini təhsilin ödənişsiz əsaslarla həyata keçirilməsi məsələsi bir neçə dəfə gündəmə gəlsə də həll edilməmiş qalıb.

Xüsusilə, dini sahəyə meylli gənclərin əksəriyyəti təhsillərini xaricdə davam etdirmək strategiyasına üstünlük verirlər.

Təbii ki, hansısa azərbaycanlı gəncin dini təhsil almaq üçün uzaq İslam ölkələrindən birinə üz tutmasının səbəbləri var.

Olmazmı ki, Azərbaycanda dini təhsil pulsuz olsun?!

Əgər Azərbaycanda dini təhsil almaq mümkündürsə, o zaman pulsuz dini təhsil vermək üçün maneə yaradan səbəblər nədir?

Din.az bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov Modern.az-a açıqlamasında dini təhsilin pulsuz olmasının izahının çox sadə olduğunu deyib.

“Dəfələrlə bəyan etmişik ki, ölkədə dini təhsilin ödənişsiz olması çox önəmlidir. Araşdırmalarımız göstərir ki, Azərbaycandan kənarda dini təhsilə üz tutanların bir qisminin səbəbi maddiyyatla bağlıdır. Çünki xarici ölkələrin dini təhsil müəssisələrində təhsil alan şəxslər nəinki ödənişsiz təhsil alırlar, hətta onlara aylıq təqaüdlər də təqdim olunur.

Hətta bəzi hallarda nikaha daxil olub ailələrini də həmin ölkələrə aparırlar. Azərbaycanda isə dini təhsil ödənişlidir. Dini təhsil vacib məsələ olduğu kimi, həm də strateji sahələrdən biridir. Bu baxımdan da dini təhsil almaq üçün xaricə üz tutanları yerli təhsil müəssisələrinə yönəldə bilməyimiz üçün dini təhsili ödənişsiz etməliyik”.

Gündüz İsmayılovun sözlərinə görə, iş bununla bitmir.

“Araşdırmalar onu göstərir ki, xaricdə dini təhsil almış gənclər ölkəyə qayıtdıqdan sonra burada dini fəaliyyətlə məşğul olduqları zaman, həmin ölkələrin müəyyən təşkilatları, orada təhsil almış məzunlara təqaüd verməkdə davam edir. Bu baxımdan da dəfələrlə bəyan etmişik ki, ölkədə dini təhsil pulsuz olmalıdır. Eyni zamanda yüksək təhsil almış gənclərin bir hissəsinə təyinat verilməli və məvacib ödənilməlidir. Hazırda, bu məsələ istiqamətində iş gedir.

Qafqaz Müsəlmanları İdarəsi və aidiyyatı qurumlarla birgə işimizi davam etdiririk. Dini təhsilin pulsuz olub-olmaması nə Bakı İslam Universitetinin, nə QMİ-nin, nə də Dini Komitənin səviyyəsində həll olunan məsələdir. Bu, birbaşa dövlətin diqqətində olan məsələdir. Hazırda ölkədə dini təhsilin ödənişsiz olması istiqamətində iş gedir. Bunun bariz nümunəsi prezident İlham Əliyevin tapşırığı ilə yeni dini mədrəsələrin yaradılması və dövlət qeydiyyatına alınması oldu. QMİ və Dini Komitə prezidentin tapşırığına uyğun olaraq dini mədrəsələr yaradıb və onlar ödənişsiz fəaliyyət göstərəcəklər. Eyni zamanda, müəyyən müddətdən sonra ümid edirik ki, Bakı İslam Universitetində də təhsil ödənişsiz olacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az