AZƏRBAYCAN ROHİNQYA MÜSƏLMANLARINA YARDIM GÖNDƏRİR

Myanmaya humanitar yardım ediləcək.
Myanmada Rohinqya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan hökuməti tərəfindən humanitar yardım göstəriləcək.
Din.az bildirir ki, FHN-dən APA-ya verilən məlumata görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohinqya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.
Humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.
Qeyd edək ki, Myanma ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.