Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AZƏRBAYCAN ORDUSUNUN LEYTENANTI İŞİD ÜZVÜ KİMİ TÜRKİYƏDƏ YAXALANDI – VİDEO

Terror təşkilatına aid olan bir çox sənəd də ələ keçirildi.

Türkiyənin 3 bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirilib.

“Din.az”ın “A24.az”a istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 10-u əcnəbi olmaqla 49 nəfər saxlanılıb.

Türkiyənin İzmir, Konya və Adana şəhərlərində həyata keçirilən əməliyyatda İzmirdən 10-u türk, 9-u suriyalı olmaqla toplam 19 şəxs saxlanılıb. Şübhəlilərin ev və iş yerlərində axtarış keçirilərkən terror təşkilatına aid olan bir çox sənəd də ələ keçirilib.

Polis Konyada da əvvəlcədən yeri bəlli olan 22 ünvana basqın edib. 100 polisin iştirak etdiyi əməliyyatda terror təşkilatının üzvü olan 14 şübhəli nəzarət altına alınıb. Şübhəlilərdən birinin azərbaycanlı olduğu müəyyən edilib. Azərbaycan ordusunda leytenant olan İŞİD üzvünün hərbi vəzifəsini ataraq terror təşkilatına qatılmaq üçün Türkiyəyə gəldiyi irəli sürülüb.

Qaziantepdə də keçirilən əməliyyatda Suriya əsilli olduğu 10 şübhəli nəzarət altına alınıb.

“A24.az” Türkiyə mediasına istinadən videogörüntüləri təqdim edir:

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az