Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azərbaycan İslamiadada heç bir idmançının yol xərcini ödəmir

“Bizə müraciət edən ölkələrə qalma və qidalanma ilə bağlı kömək etmişik”.

Azərbaycan Bakı – 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində heç bir idmançının yol xərcini ödəmir.

Din.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər bir idmançı Azərbaycanda qalmağa və qidalanmağa görə 50 dollar vəsait verir:

“Buna Atletlər Kəndində qalmaq və qidalanmaq daxildir. Hansı ölkələr ki, bizə müraciət edib, biz onlara qalmaq və qidalanmaqla bağlı köməklik göstərmişik”.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az