AZANIN SƏSİNDƏN ŞİKAYƏTLƏNƏN QHT SƏDRİ DİNDAR İMİŞ?- FOTO

QHT sədrinin yeni statusu: “Həqiqi inanclıların Allah orucunu qəbul etsin”.
Azanın səsini eşitmək istəmədiyini deyərək insanları təəccübləndirən QHT sədri bir neçə gün bundan öncə status paylaşıb.
Din.az “A24.Az”a istinadən xəbər verir ki, “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyeva öz statusunda dindən yazıb.
“Bu gün orucluq bayramı ilə bağlı kimsəsizlərə ərzaq paylandı. Sevinirik ki, kimsəsizlərə dəstək ola bildik. Həqiqi inanclıların Allah orucunu qəbul etsin”.
Qeyd edək ki, Bəxtimşah Tağıyeva öz satusunda sübh vaxtı azan eşitmək istəmədiyini yazmışdı.