Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AZAL və “Buta Airways”-dən Ramazan hədiyyəsi: BAQAJ PULSUZ OLACAQ

Sərnişinləri üçün Ramazan kampaniyası təşkil olunub.

AZAL və “Buta Airways” sərnişinləri üçün Ramazan kampaniyası təşkil edib.

Din.az A24.Az-a istinadən xəbər verir ki, 15-17 iyun tarixlərində tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir baqaj yeri pulsuz təqdim olunacaq.

Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

Ekonom-sinif – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;

Biznes sinif – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

Comfort Club – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

VIP Club – tarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

“Büdcə” tarifi – 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;

“Standart” tarifi – tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus

“Super” tarifi – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZAL https://www.azal.az/az/information/baggage və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage saytlarında əldə etmək olar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az