Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Azad Rəhimov birdən çox medal qazananlara mükafatın bir medal kimi ödəniləcəyi barədə xəbərlərə münasibət bildirib

“Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz”.

 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlarları qazandıqları medal sayına uyğun ödəniləcək. Din.az-ın “Report”a əsasən verdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.

Nazir bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil: “Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz”.

Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Sərəncama əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı dövlət, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az