Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AYƏTULLAH XAMENEYİ DONALD TRAMPI ACİZ VƏ BAŞIBOŞ ADLANDIRIB

Xameneyi ABŞ prezidenti Donald Trampın çıxışına münasibət bildirdi.

“ABŞ prezidenti Donad Trampın sözləri onun güclü olmasından deyil, acizliyi və başıboşluğundan irəli gəlir”.

Din.az APA-ya istinadən xəbər verir ki, bu sözləri İranın ali rəhbəri ayətullah Xameneyi BMT-nin 72-ci sessiyasında ABŞ prezidenti Donald Trampın çıxışına münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ-ın qərbi Asiyada uzunmüddətli planları İranın təsiri nəticəsində pozulub, bu isə onları narahat edir və əsəbiləşdirir.

Ayətullah Xameneyi bu əsəbi münasibəti İran İslam Respublikasının gündən-günə inkişafı ilə əlaqələndirib: “Bu səfeh, kobud və “kovboy ədəbiyyatı” üzərində qurulmuş yalanla dolu nitq ABŞ prezidentinin acizliyinin və başıboşluğunun göstəricisidir. ABŞ prezidentinin çıxışı heç də Amerika xalqı üçün fəxredici deyil. ABŞ xalqı belə bir prezidenti olduğu üçün utanır və dəfələrlə bunu bəyan edib. Amerika uzun illər öncə Yaxın Şərqlə bağlı 3 istiqamətdə – İraq, Suriya və Livan üçün böyük planlar cızdı və bunların hamısı uğursuzluqla nəticələndi. Plana əsasən qədim tarixə və sivilizasiyaya malik olan İraq, müqavimət mərkəzi olan Suriya və özünəməxsus yeri olan Livan ABŞ və sionist rejimin siyasəti altına keçməli idi. Lakin bu gün regiondakı həqiqətlər bunun başqa cür olduğunu göstərir. Onlar Livanda heç bir iş görə bilmədilər, İraqda da istəklərinin əksi baş verdi. Suriyada da bu qədər misilsiz cinayətlər törətmək və ölkə əhalisini qətlə yetirmələrinə baxmayaraq, sonda küncə qısıldılar. İran İslam Respublikasının təsiri ABŞ və sionist rejimin planlarını pozdu. Bu isə onların əsəbiləşmələrinin əsas səbəbidir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az