Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ayətullah Xamenei ilə İlham Əliyevin görüşündə Azərbaycan bayrağı niyə olmayıb?

“Azərbaycan dövlətinin xeyri xalqın dini hisslərinə hörmətdədir”

Bəzi saytlar Ayətullah Xameneilə İlham Əliyevin görüşündə Azərbaycan bayrağının olmamasını “bayrağa hörmətsizlik” kimi təqdim ediblər.

“Din.az”ın “İslamazeri.az”a istinadən verdiyi xəbərə əsasən, Tehranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev, səfər çərçivəsində Ayətullah uzma Xameneilə də görüş keçirib.

İlham Əliyevlə görüş zamanı ortaq məzhəbin 2 ölkə arasında yaxınlıq hisslərinin əsas səbibi olaraq dəyərləndirən İnqilab rəhbəri Ayətullah Xamenei deyib: “İki ölkə arasında olan iqtisadi əlaqələr çox aşağıdır. Bu əlaqələr t 10 dəfə artırılmalıdır. Azərbaycanın İranın nüvə müzakirələri məsələsində olan mövqeyi çox gözəl idi. Azərbaycan dövləti siyasi arenada daima İranın yanında olub və bu müsbət mövqelər iki ölkənin yaxınlaşmasına kömək etmişdir.”

Düşmənin iki ölkənin yaxın əlaqələrindən narahat olduğunu vurğulayan İnqilab Rəhbəri deyib: “Xəbis İsrail rejimi digər düşmənlərimizə nisbət bizim qardaşlıq əlaqələrimizi zəiflətmək üçün ən çox addım atır. Bunun əksinə olaraq biz səmimi əlaqələrimizi qorumalıyıq.”

Azərbaycan xalqının dinə olan mövqelərini tərifləyən Ayətullah Xamenei “Azərbaycan dövlətinin xeyir və məsləhəti xalqın məzhəbi hissləri ilə uyğunlaşmasındadır. Belə ki, onların dövlət tərəfindən məzhəblərinə təhlükə gələcəyi barədə nigarançılıqları olmasın. Xalqla uyğunlaşmaq və onlara söykənmək qüvvələrin önündə təhlükəsizliyin təmin olunmasına səbəb olur. Əgər Azərbaycan dövləti xalqa söykənsə, heç bir qüvvə sizə zərər yetirə bilməz. Biz də öz növbəmizdə Azərbaycan dövləti və milləti üçün dua edirik.”-deyə bildirib.

Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsində iki ölkə arasında olan dini, mədəni və tarixi ortaqlıqlara toxunaraq bildirib: “İran və Azərbaycan daima bir birinin yanında olublar və bu gün də belədir. İl ərzində Azərbaycan xalqının 1 milyon vətəndaşının İrana səfər etməsi bunun bariz nümunəsidir. İki ölkə arasında olan əlaqələr yüksək səviyyədədir və düşmənin addımlarının heç bir təsiri olmayacaqdır. İki ölkə arasında olan əlaqələr günü gündən daha da inkişaf edir. Mən son 3 ildə artıq 3 dəfədir ki, İrana səfər edirəm. Cari ildə iki ölkə arasında 20 həmkarlıq sənədi imzalanıb. Ticari əlaqələrimiz ötən ilə nisbətdə 70% artıb. Əlbəttə bu rəqəm qane edici deyil. İki ölkənin dəmir yolunun birləşdirilməsi çox mühüm addım idi.”

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az