Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ayətulla Əli Xamenei: “Tehran ABŞ-nın hədələri qarşısında baş əyməyəcək”

“Güclü dövlət olan İran təzyiqə təslim olmayacaq və baş əyməyəcək”.

İranın ali rəhbəri Ayətulla Əli Xamenei ölkəsinin Qərb dövlətləri ilə razılaşdırdığı nüvə proqramına aid razılığı zəiflətməyə cəhd göstərən ABŞ-a xəbərdarlıq edib.
Din.az bildirir ki, “Report”un xarici mətbuata istinadən məlumatına görə, Ə. Xamenei İranın bu razılaşmada həmişə dürüst olduğunu vurğulayıb.
“Güclü dövlət olan İran təzyiqə təslim olmayacaq və baş əyməyəcək. Rüşvətxor, yalançı ABŞ rəsmiləri həyasız şəkildə İran dövlətini yalanda ittiham edir. Halbuki İran addımlarını dürüst atıb və axıradək belə edəcək”, – deyə o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az