Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AYDA DƏFN MƏRASİMLƏRİ KEÇİRİLƏCƏK – AĞLASIĞMAZ ADDIM

İstəyən şəxs külünü müəyyən məbləğ qarşılığında Aya göndərəcək.

Amerika Federal Aviasiya Administrasiyası özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verib. Bunun ardından “Celestis” şirkəti “Moon Express” şirkətilə Aya səyahət çantası adlı maraqlı layihə üzərindən müqavilə imzalayıb.

Din.az bildirir ki, iki həftə ərzində Ayda təcrübələr aparacaq şirkət Yerə yüksək keyfiyyətli təsvirlər göndərməklə yanaşı, 2017-ci ildən etibarən Ayda dəfn mərasimləri keçirəcəyini bildirib.

Ayda dəfn olunmaq istəyən insanların külünü müəyyən məbləğ qarşılığında Aya göndərəcək şirkət Ayda dəfn mərasimləri üçün qiymətlərini belə açıqlayıb. 1 qram kül 12 min 500, 3 qram kül 25 min və 7 qram kül isə 50 min dollar təşkil edir. (publika.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az