Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ayasofia 916 il kilsə, 482 il isə məscid olaraq istifadə edildi…

İnşasına 23 fevral 532-ci ilde başlanmış, 5 il 10 ay müddətində tamamlanıb.

Tarixin ən əhəmiyyətli əsərlərindən biri olan Ayasofya məscidində Ramazan ayı boyunca Quran-i Kərim oxunacaq.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, “TRT Diyanət TV” Ramazan ayı boyunca 02:00-da ekranlarda olacaq,  “Bərəkət vaxtı Ayasofya” adlı sahur proqramında bir çox ilklər gerçəkləşdirilərək unudulmaz yeniliklərə imza atacaq.

00008507

“Gəlin Gönüller Yapalım” təmasıyla, Ramazan boyunca İslam qardaşlığı, haqq və ədalət şüuru, birlik şüuru, yardımlaşma və həmrəyliyə dair səmimi söhbətlərin gerçəkləşdiriləcəyi proqramın aparıcılığını Ali Bektaş edəcək. Prof.Dr.Necdət Çağıl və tarixçi Dursun Gürlek isə söhbetleri ilə proqrama zənginlik qatacaq.

916 il kilsə, 482 il isə məscid olaraq istifadə edildi…

İnşasına 23 Fevral 532-ci ilde başlanmış, 5 il 10 ay müddətində tamamlanaraq böyük bir açılış mərasimi ilə 27 dekabr 537-ci ildə ibadətə açılan və 916 il kilsə olaraq istifadə olunan tarixi tikili, 1453-cü ildə Fatih Sultan Mehmed tərəfindən İstanbulun fəthi ilə məscidə çevrilərək 482 il məscid olaraq istifadə edilmişdi. Ayasofya hazırda muzey olaraq istifadə edilir.

Keçən ilk dəfə Qurani-Kərim oxunmuşdu…

Hz.Muhəmmədin (s.a.s) anadan olmasının 1444-cü ilində, “Doğumunun 1444-cü ilində Hz.Peyğəmbər” mövzusu ilə əlaqədar Aşk-ı Nəbi Ayasofya Sərgisi açılmışdı. Açılış mərasimində, Ankaradakı Əhməd Həmdi Akseki Məscidinin imam hatibi Əli Tel Quran-ı Kərim oxumuşdu.Bu, 85 ildən sonra bir ilk olaraq tarixə keçmiş idi.

MÜZAKİRƏ

1 şərh Ayasofia 916 il kilsə, 482 il isə məscid olaraq istifadə edildi… üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az