Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İnsanlar Aya həqiqətən gediblər?

Hər beş amerikalıdan biri və hər dörd rusdan biri insanların Aya getmədiyinə inanırlar.

ABŞ Aya getmək üçün milyardlarla dollar xərcləyib. Bu yarışda geri qalmaq istəməyən Sovet İttifaqı da böyük xərclər sərf edib. Lakin hələ də bəşər övladının Aya getməsinə inanmayanlar vardır. Bəs əslində necədir? ABŞ bütün dünyanı aldadıb?

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər beş amerikalıdan biri və hər dörd rusdan biri insanların Aya getmədiyinə inanırlar. 2001-ci ildə “Fox” kanalının insanların Aya getmədiyilə bağlı hazırladığı sənədli film də bu fikri məşhurlaşdırıb. Sosial mediada bu məsələyə daim şübhə ilə yanaşanların olduğuna şahid oluruq. Əslində insanın həqiqətən Aya getdiyini haradan bilirik? Aya getmə iddiasının uydurma olması ehtimalı var? Bu məqaləmizdə həmin suallara cavab verməyə çalışacağıq.

1969-1972-ci illər arasında Aya altı dəfə içində insan olan raket göndərilib. 12 nəfər Ayın səthində gəzmə fürsəti əldə edib. 45 il bundan əvvəl baş verən bu missiyaların doğru olduğunu bütün kosmonavtlar və ölkələrin kosmik agentlikləri qəbul edirlər. NASA-nın Aya enmə proqramı olan “Apollon”, ümumi büdcəsi 24 milyard dollar (bu gün təxminən 150 milyard dollar) nəhəng proqramdır.

Bu proqramda 400 min şəxs iştirak edib, təxminən 20 min şirkət və araşdırma mərkəzi proqrama dəstək verib. Hər hansı böyük proqramın uğurlu şəkildə həyata keçməsi üçün çox ciddi və məsuliyyətli insanlar bu proqramda birgə çalışmalıdırlar. Əgər “Apollon” proqramı belə bir nəhəng proqramdırsa, o zaman necə olub ki, burada iştirak edən 400 min şəxs 45 il bu proqramla bağlı heç bir şey danışmayıb? Əgər onların da həqiqətlərdən xəbərləri yoxdursa, o zaman proqramda iştirak edən bu qədər insan və şirkət necə aldadılıb?

Şübhəsiz ki, bu məsələni iddia edənlərin cavab verəcəyi yeganə sual bu deyildir. “Apollon” missiyalarının hamısı ABŞ-ın bu yarışda ən böyük rəqibi olan Sovet İttifaqı tərəfindən də böyük məyusluqla izlənilib. Əgər Ayın səthinə getməyiblərsə, o zaman Sovet İttifaqı və digər raketləri təqib edən ölkələr necə aldadılıb? Yaxud həmin ölkələr nə üçün ABŞ-ın bu yalanını üzə çıxarmayıblar?

Bundan başqa, Ayın səthinə enməyin sübutlarını bu gün də görmək mümkündür. Aya göndərilən peyklərdən (Lunar Reconnaissance Orbiter kimi) çəkilən yüksək pikselli fotoşəkillərdən Aya enmə nöqtələrini, orada qalan vasitələri, oraya enən dəstələrin, hətta kosmonavtların ayaq izlərini də görmək mümkündür. “Apollon 11”-in taxdığı bayraq xaricində digər sancılan bayraqların olduğu kimi yerində qaldığını görürük. Bundan başqa, həmin fotoşəkillər yalnız NASA-nın peyklərindən deyil, Yaponiya (SELENE), Avropa Birliyi (SMART-1), Hindistan (Chandrayaan-1) və Çin (Change 2) kimi tərəfsiz ölkələrin peyklərindən də verilir.

İnsanların Aya getdiyinin digər dəlili orada qoyulan güzgülərdir. Onlara göndərilən lazer işıqlarının əks olunub geri gəlməsi sayəsində Aya qədər olan məsafə hətta 1 sm səviyyəsində həssaslıqla ölçülür. Qüvvətli lazer və doğru istiqamətləndirməylə hər hansı biri Ayda qoyulan güzgüləri müəyyən edə bilər. Belə ki, bir çox müstəqil təşkilat bunu təsdiq edib.

“Apollon” layihəsinin siyasi məqsədləri vardır. Əsas məqsəd kosmik yarışda qalib gəlmək, Sovet İttifaqı qarşısında ABŞ-ın üstün olduğunu nümayiş etdirmək idi. Yarışda qələbədən sonra milyardlarla dollar sərf etməyə ehtiyac qalmadı, bundan başqa, NASA-nın məhdud büdcəsi digər mühüm proqramlara verildi. Belə ki, Sovet İttifaqı da kosmik yarışda məğlub olan kimi Aya getmə layihələrini ləğv etdi. Bir yerə yenidən getməmək oraya gedilmədiyinin sübutu ola bilməz. Antalyaya həyatımda yalnız bir dəfə tətilə getməyim, oraya yenidən getməməyim, oraya getmədiyimə necə dəlil ola bilər?

Prof. Dr. Caner TASLAMAN – Dr. Enis Doko

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az