Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Axunddan prezidentə cavab: İnsanları cənnətə aparmalıyıq

“Mövcud hakimiyyət insanların dinə münasibətinə biganə qalmamalıdır”.

İranın dini liderinin SEPAH-dakı nümayəndəsi axund Əli Səidi Prezident Həsən Ruhaninin insanları zorla dindar olmağa vadar etməyin yanlış olması ilə bağlı bəyanatına reaksiya verib.

Din.az bildirir ki, Axund Səidi prezidentin adını çəkmədən onun son bəyanatına eyham vuraraq deyib ki, ölkədəki mövcud hakimiyyət insanların dinə münasibətinə biganə qalmamalıdır:

“Hesab edirəm ki, biz bir sıra işlərlə insanları cəhənnəmlik etməməliyik. Bəzi cənablar deyirlər ki, insanları zor gücünə cənnətə aparmaq olmaz və bu, düzgün iş deyil. Biz isə həmin şəxslərə bildiririk ki, bu məsələyə laqeyd yanaşmamalı, məsuliyyət daşımalı və insanların cənnətə getməsinə zəmin və şərait yaratmalıyıq”.

Xatırladaq ki, Həsən Ruhani onun hökumətini məktəblərdə dinsizliyin təbliğ olunmasına laqeyd yanaşmaqda günahlandıran cərəyanlardan danışıb. O bildirib ki, heç kəsi namaz qılmağa məcbur etmək olmaz. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az