Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Avstraliyadan BƏƏ-yə uçan təyyarədə terror aktının qarşısı alınıb

“Onlar təlimatı İŞİD terror qruplaşmasından alıblar”.

Livanın daxili işlər naziri Nuhad Maşnuk Avstraliyadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçan təyyarədə terror aktının qarşısının alındığını bəyan edib.
Din.az Report.az-a istinadən xəbər verir ki, nazir bu barədə Beyrutda təşkil etdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, partlayışı əslən Livanın Tripoli şəhərindən olan Hayat qardaşları hazırlayıb.
“Onlar Avstraliyada yaşayırlar və təlimatları İŞİD terror qruplaşmasından alıblar”, – nazir deyib.
Məlumata görə, Amer adlı qardaşlardan biri bu ilin iyul ayında Livana gəlib və xüsusi xidmət orqanlarında şübhə oyatdığından nəzarət altında olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az