Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

AVSTRALİYADA PARTİYA LİDERİ PARLAMENTƏ PƏRƏNCƏDƏ GƏLDİ

Avstraliyada pərəncənin qadağan edilməsi tələb edilir.

Avstraliyanın sağçı “Bir millət” Partiyasınin lideri Polin Henson Senatın iclasına pərəncə geyimində (gözlər də daxil olmaqla bədənin bütün hissələrini örtən geyim) gəlib.
Din.az Report.az-a istinadən xəbər verir ki, o, bununla ölkədə belə geyimin qadağan edilməsinə çalışıb.
Amma əvəzində Avstraliyanın Baş prokuroru Corc Brendis bu addımına görə P.Hensona xəbərdarlıq edib və bu addımla dini mənsubiyyət üzrə bir qrup insanın təhqir olunduğunu bildirib. O, ölkədə bu geyimin qadağası istəyini rədd edib və nəticədə müxalifət partiyalarının üzvlərinin alqışlarını qazanıb.
P.Henson pərəncədən ictimai yerlərdə istifadə olunmasına qadağa qoyulmasını müasir Avstraliyanın qarşılaşdığı mühüm problem kimi qələmə verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az