Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AVROPADA İSLAM YÜKSƏLMƏKDƏDİR – HƏR 5 NƏFƏRDƏN BİRİ İSLAM DİNİNİ SEÇƏCƏK – ARAŞDIRMA

Avstriyada İslamın nüfuzunun artacağı qəti şəkildə məlumdur.

“Avstriyada demoqrafiya və din” mövzusunda aparılan tədqiqat 2046-cı ildə cəmiyyətin dini yöndən necə görünəcəyini işıqlandırıb.

Araşdırmanı edən Avstriya Uyğunlaşma Fondu ölkədə sülh və barış həyatı təşviq etmək üçün nələrin edilə biləcəyi barəsində aparılan araşdırma zamanı əldə edilən məlumatlardan faydalana biləcəyinə ümüd edir.

Araşdırmaçılar 2016-cı ilin məlumatlarına söykənərək ölkədəki dini görünüşü dəyişdirə biləcək 4 fərqli ssenari meydana gətiriblər.

Din.az “A24.az”a istinadən həmin ssenariləri təqdim edir:

Avropadan gələcək miqrantlarla Avropada dəyişikliyin yaşanması, Avropalıların gücü və Orta Şərqdən gələcək insanların təmin edəcəyi müxtəliflikdir, daha az köç, yəni köçün dayanması, Orta Şərq və Afrikadan güclü köçün yaşanmasıdır.

14 faizə yüksələcəklər…

Bu ssenarilərin dördündə də ölkəyə gələ biləcək uşaq və dinin axımı nəzərə alınır. Müsəlmanların nə qədər axın etməsinin də bunlarla əlaqədar olacağı deyilir. Lakin araşdırmanın nəticələrinə görə, Avstriyada İslamın nüfuzunun artacağı və katolik xristianların sayının 50 faizdən aşağı düşəcəyi indidən qəti şəkildə məlumdur.

Araşdırmaçılar ilk iki ssenarini real görürlər. İlk ssenariyə görə, Avropadan Avstriyaya insanların köç etməsi məzhəblərin sayının artması deməkdir. Avstriya xalqının dörddə biri heç bir dinin sahibi olmayacaq ki, bu da Avropadakı sekulyarlaşmla ilə açıqlanır.

Müsəlmanlar ölkə əhalisinin 14 faizini təşkil edəcək, xalqın yarısı belə katolik olmayacaq. İkinci ssenariyə görə, həm Avropadan, həm də başda İran, Suriya, Əfqanıstan və İraq olmaqla Orta Şərqdən köç edəcək insanlarla Avstriyadakı müsəlmanların göstəricisi 17 faizə yüksələcək.

Orta Şərqdən və Afrikadan Avstriyaya çoxlu sayda insanların gəlməsindən qaynaqlanaraq hazırlanan 4-cü ssenariyə görə, 2046-cı ildə hər 5 avsrtiyalıdan biri İslam dinini seçəcək. Paytaxt Vyanada İslam ən güclü din olacaq və hər 3 vianalıdan biri müsəlman olacaq. Ölkədə 42, Vyanada isə 22 faiz katolik yaşayacaq.

Avstriyadakı müsəlmanların ən böyük qurumu olan Türk-İslam Birliyinin (ATİB) sədri Selfet Yılmaz Avstriyada 250 məscidin olduğunu söyləyib. Yılmaz “10 ildən sonra müsəlmanlar türk və ərəb dilində danışmayacaq” deyərək, gələcəkdə alman dilini bilən vaizlərin xidmət göstərməsini tələb edib.

Firuzə Alimova / MTM

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az