Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Avropa ölkələri arasında ən az intihar Azərbaycandadır” – Beynəlxalq hesabat

Ümumdünya Səhiyyə Təşkilatının intihar halları ilə bağlı statistikası.

Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır.

Din.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada deyilir.

Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, üçüncü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, dördüncü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir.

Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz).

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az