Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

AVROPA HİCABLA BAĞLI HÖKM VERDİ

Məhkəmə işə götürənlərin işçilərinə tətbiq etdiyi qadağanı təsdiq edib.

Avropa Ədalət Divanı iş yerində hicabın qadağan edilməsi ilə bağlı hökm verib.

“Din.az” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə işə götürənlərin işçilərinə tətbiq etdiyi qadağanı təsdiq edib.

Görünən dini simvolların qadağan olunacağını bildirən ali məhkəmə “Görünəcək şəkildə siyasi, fəlsəfi və dini simvol xarakterində paltar geyilməsinə qarşı qadağa bütün işləyənlərin tərəfsiz geyinməsini şərt qoyan şirkət qaydalarına əsaslanmalıdır” – deyə bildirib.

PROSES ÖTƏN İL BAŞLAYIB

Belçika vətəndaşı Samirə Achibata adlı müsəlman bir qadın “G4s Secure Solutions” adlı şirkətdə qeydiyyat şöbəsində işləyəndən 3 il sonra hicab bağlamağa başlayıb. İş yerində baş örpəyi istifadə edilməyəcəyini bildirən şirkət Achibatanı işdən çıxarıb. Bundan sonra qadın şirkət əleyhinə Belçika Məhkəməsində iddia qaldırıb.

Təzminat tələbilə məhkəmədə açılan işə Belçika Ayrı-seçkilik Qurumu və Müsəlman təşkilatları da dəstək verib. Sonda məsələ Avropa Birliyinin ən yüksək hüquq orqanı olan Lüksemburqdakı Avropa Ədalət Divanına həvalə edilib.

Digər bir müraciət də Fransada yaşayan və hicabda işləyən bir qadın tərəfindən edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az