Ateistlərə cavab: Allah kimlərin ürəklərini möhürləyib? VİDEO

Allah seçimi insanın ixtiyarına verir. Şükür etməyi də, naşükür olmağı da, inanmağı da, inanmamağı da…
511Təsəvvür edin, Quranın tərcüməsini oxumaq istəyən bir şəxs həmin kitabı açan kimi 3-cü səhifədə Allahın ürəkləri möhürləməsini oxuyur: “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!“ (“Bəqərə” surəsi, 2/6-7).
Normal bir insanın reaksiyası necə olar? Bu suala müsbət cavab vermək mümkün deyil.
Başqa ayələrdə Allah seçimi insanın ixtiyarına verir. Şükür etməyi də, naşükür olmağı da, inanmağı da, inanmamağı da… («İnsan» surəsi, 74/2-3; “Kəhf” surəsi, 18/29; “Abəsə” surəsi, 11-12). Deməli «qəlbin möhürlənməsi» anlayışı burada qeyd edilən ayələrə və seçimə uyğun gəlmir. Bəs buradakı problem nədir?
Həm bu problemi anlamaq, həm də düzgün açıqlamanı öyrənmək üçün ilahiyyatçı Elşad MİRİnin bu videosuna baxmağınız yetərlidir.
3 şərh Ateistlərə cavab: Allah kimlərin ürəklərini möhürləyib? VİDEO üçün