Atatürkün 80 il əvvəl müsəlmanların müqəddəs şəhəri barədə dediyi TARİXİ SÖZLƏR – FOTOFAKT

Mustafa Kamal Atatürkün Böyük Millət Məclisində Fələstin məsələsi haqda söylədiyi nitq…
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması beynəlxalq ictimaiyyəti iki hissəyə böldü.
Din.az xəbər verir ki, Fələstin Trampın qərarını tanımadığını bəyan edib. İsrail isə Qüdsdə nəzarəti tamamilə ələ almaq üçün hazırlığa başlayıb.
Bu hadisələr fonunda türkiyəli politoloq Hasan Oktayın paylaşdığı tarixi sənəd diqqət çəkir.
Sənəddə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1937-ci ilin 27 iyul tarixində Türkiyə Böyük Millət Məclisində Fələstin məsələsi haqda söylədiyi nitq və Avropaya verdiyi mesaj qeyd olunub.
Atatürk qəti şəkildə bəyan edir ki, Fələstinə heç kim toxuna bilməz, Türkiyə buna icazə verməyəcək. / A24.az
Həmin sənədi təqdim edirik: