Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ATATÜRKƏ “MASON” DEYƏN HƏRBÇİ HƏBS OLUNDU

Türkiyədə “Atatürkü qoruma qanunu” yenidən gündəmə gəlib.

Türkiyədə sosial media hesablarındakı paylaşımlarında Mustafa Kamal Atatürkü “mason” adlandıran hərbçi Ərdal Qaya həbs edilib.

Din.az bildirir ki, baş verən hadisələr fonunda Türkiyədə “Atatürkü qoruma qanunu” yenidən gündəmə gəlib.

Həbs edilən Ərdal Qaya 16 dekabr 2016 tarixində Atatürkün bir dostu ilə çəkdirdiyi şəkli paylaşaraq, “Mustafa Kamalın əlinə diqqət yetirin” yazaraq onun mason olduğuna işarə edib. Ərdal Qaya 16 aprel 2017 tarixində paylaşdığı digər bir fotoda Atatürkün bir ziyafətdə çəkilmiş rəsmini ilə bağlı “mən təəccüblənmədən, siz təəccüblənəcəksiniz” yazıb. Həmin fotoda türkiyəli hərbçi Atatürkün türk qadınlarını İran şahına təqdim etdiyini bildirib.

Faktla bağlı prokurorluq orqanlarında “Atatürkün xatirəsinə aşkar şəkildə təhqir” maddəsi ilə cinayət işi açılıb. “Mason” ifadəsinin təhqir kimi qarşılanması Türkiyədə fəaliyyət göstərən masonların narazılığına səbəb olub. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az