Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ARAKANLI MÜSƏLMANLAR YAŞADIQLARI DƏHŞƏTDƏN DANIŞDI

Ailəsindən geriyə həyatda qalan yeganə adam….

Myanmada ordunun şiddətindən qaçan Arakanlı müsəlmanlar yaşadıqları dəhşəti danışıblar.

Din.az bildirir ki, Myanmanın Arakan əyalətində ordunun müsəlmanlara qarşı keçirdiyi əməliyyatlardan qaçan vətəndaşlar yaşadıqları dəhşət dolu anlar haqqında sosial mediada yayımladıqları görüntülərdə danışıb.

“Arakan Times”in sosial media üzərindən yayımladığı və bu gün çəkilən görüntüdə adı açıqlanmayan arakanlı müsəlman bir kişi ordunun əməliyyatları zamanı baş verənləri danışıb. Arakanlı müsəlman “Qardaşım, həyat yoldaşım, 3 övladım, 1 qardaşım, anam və 1 bacımı sahil kənarına aparıb silahla öldürüblər. Mən əşyaları götürməyə getmişdim. Allah məni xilas etdi, yoxsa mən də indi ölmüş olardım” deyib.

Ailəsindən geriyə həyatda qalan yeganə adam olduğunu dilə gətirən arakanlı müsəlman “Uzaq bir yerdən ailəmi öldürüb benzinlə yandırdıqlarını gördüm. Kəndimizdən bir çox insanı da öldürdülər. Hazırda vertolyotların səsini eşidə bilirəm” deyib.

Sosial media üzərindən yayımlanan başqa bir görüntüdə də bir oğlan uşağı gördüklərini danışıb. Oğlan Arakanın Tolatoli zonasından gələn insanların ordu və Buddistlər tərəfindən qətl edildiyini gördüyünü bildirib. Baş verənləri görəndə tək olub olmadığı və orada nə işi olduğu soruşulan uşaq “İnəyimi tapmaq üçün getmişdim. Yanımda 20 adam daha vardı. Mən buraya sizə xəbər vermək üçün gəldim” deyə cavab verib. Azyaşlı uşaq çox sayda adamın kəsilərək öldürüldüyünü deyib.

Myanma ordusunun qaçarkən çayı keçməyə çalışan ailələrdən birinin suda itirdiyi 2-3 yaşlarındakı uşağın cansız bədəni çay kənarında tapılıb. Kiçik uşağın sosial mediada yayımlanan görüntüləri arakanlıların içində olduğu can bazarını nümayiş etdirir.

Qətliam rayonundan qaçıb təhlükəsiz yer axtaran və uşaqlardan ibarət olan bir qrup arakanlı müsəlmanın sosial mediada paylaşılan videosunda da kütləvi dua edərkən göz yaşlarına boğulduqları görünür.

Xatırladaq ki, Arakanda 25 avqustda polis nəzarət məntəqələrinə edilən hücumun ardından Myanma təhlükəsizlik qüvvələrinin müsəlmanlara qarşı keçirdiyi geniş miqyaslı əməliyyatlarda çox sayda vətəndaş həyatını itirib, bir çox adam da evlərini tərk etmək məcburiyyətində qalıb. Ordunun əməliyyatları zamanı yandırılan onlarla kənd xarabalığa çevrilib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az