Arakanlı müsəlmanlar canlarını götürüb Banqladeşə qaçır

Arakanlı müsəlmanlar ölkədə baş verən hərbi təzyiqlər səbəbilə Banqladeşə köçmək məcburiyyətində qalıblar. “Din.az” “a24.az”a istinadən xəbər verir ki, bəzi müsəlmanlar Myanma və Banqladeşi ayıran Naaf çayını keçmək istəyərkən açılan atəş nəticəsində ölüb, digərləri Banqladeş sərhədçiləri tərəfindən dayandırılmağa çalışılan qayıqlarla ölkəyə keçiblər. Myanma rəsmiləri Arakan əyalətində müsəlmanların yaşadığı bölgələrə 9 oktyabrdan etibarən təcridetmə siyasəti tətbiq etməyə başlayıblar. […]
Arakanlı müsəlmanlar ölkədə baş verən hərbi təzyiqlər səbəbilə Banqladeşə köçmək məcburiyyətində qalıblar.
“Din.az” “a24.az”a istinadən xəbər verir ki, bəzi müsəlmanlar Myanma və Banqladeşi ayıran Naaf çayını keçmək istəyərkən açılan atəş nəticəsində ölüb, digərləri Banqladeş sərhədçiləri tərəfindən dayandırılmağa çalışılan qayıqlarla ölkəyə keçiblər.
Myanma rəsmiləri Arakan əyalətində müsəlmanların yaşadığı bölgələrə 9 oktyabrdan etibarən təcridetmə siyasəti tətbiq etməyə başlayıblar. Rəhbərlik bölgədə yaşayan müsəlmanları həmin tarixdə üç myanmalı sərhədçinin öldürülməsinə görə günahkar bilib, onlara qarşı əməliyyat həyata keçiriblər.
Arakanın şimal hissəsində yerləşən və müsəlmanların yaşadığı Maunqdavada 9 oktyabrdan etibarən təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatlarda 130 nəfər ölüb. Əməliyyatlar başlayandan bölgəyə humanitar yardımların və jurnalistlərin daxil olmasına icazə verilməyib. Bölgədən verilən xəbərlərə əsasən, təhlükəsizlik qüvvələri insanlara qarşı zorakılıq edir, insanları mühakimə etmədən öldürürlər, kəndlərə od vurulur.
Myanma hökuməti isə verilən açıqlamaları təkzib edib. Bölgədə hər hansı qanunsuzluq olmadığını deyən rəsmilər, kəndlərin müsəlmanlar tərəfindən oda verildiyini bildiriblər. Lakin bir çox müşahidəçi rəsmilərin bu açıqlamalarını şübhə ilə qarşılayıb.