Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ARAKANDA ATƏŞKƏS ELAN EDİLDİ

Arakana humanitar təşkilatlar və beynəlxalq müşahidəçilər dəvət edilib.

Myanmanın Arakan vilayətində yaşayan müsəlmanların qurduğu Arakan Rohinca Qurtuluş Ordusu bölgədə müvəqqəti atəşkəs elan etdiyini açıqlayıb.

Din.az Axar.az-a istinadən bildirir ki, bir ay davam edəcək atəşkəs müddətində Arakana humanitar təşkilatlar və beynəlxalq müşahidəçilər dəvət edilib. Ordu yaydığı açıqlamada humanitar yardımların lazım olan bölgələrə çatdırılması üçün 10 sentyabr-9 oktyabr müddətində atəşkəs elan edildiyini bildirib.

Qeyd edək ki, bir müddətdir Myanmanın Arakan ştatında yaşayan müsəlmanlar hökumət qüvvələri ilə buddist rahiblərin zülmünə məruz qalır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az