Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Arakan” üçün səfirliyi yandırdılar

Səfirlik qəzəbli xalqın hücumuna məruz qalıb.

İndoneziyanın paytaxtı Cakartada yerləşən Myanma səfirliyi qəzəbli xalqın hücumuna məruz qalıb.

Din.az Publika.az-a istinadən xəbər verir ki, “Arakan” hadisələrindən hiddətlənən xalq “Molotov kokteylləri” ilə səfirliyə hücum edərək binanı alova bürüyüb.

Cakartanın Təhlükəsizlik Xidməti nümayəndəsi Arqo Yuvono hadisə ilə bağlı açıqlama verib. O, binada meydana gələn yanğında xəsarət alanların olmadığını bildirib.

Myanmada getdikcə dərinləşən gərginlik səbəbilə Cakartdakı səfirliyin təhlükəsizlik tədbirləri gücləndirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az