Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

ANTARKTİDADAN GƏTİRİLMİŞ QURAN MƏKKƏYƏ APARILACAQ – FOTOLAR

Qurani Kərim təntənəli şəkildə Məkkəyə yola salınacaq.

İlk dəfə Cənub qütbü ərazisini fəth etmiş Qurani-Kərim kitabının Məkkəyə aparılacağı bəlli olub.

Din.az bildirir ki, Tatarıstan mediasındakı xəbərə əsasən, söhbət 3 il öncə dünya tarixində ilk dəfə Antarktidaya aparılmış Quran nüsxəsindən gedir.

2017-ci ildə Rusiyanın Antarktidanı fəth etməsinin 100 illiyinə həsr edilmiş “Antarktida-100” ekspedisiyasının iştirakçıları müsəlmanların Müqəddəs Kitabını Antarktidaya çatdırmış və birinci dəfə bu qitədə azan oxunmuşdur.

2015-ci ildə isə həmin Quran nüsxəsi  Tatarıstanın paytaxtı Kazandakı İslam mədəniyyəti muzeyinə təhvil verilmişdir. Xəbərdə qeyd edilir ki, bu, Rusiyada ilk dəfə 1787-ci ildə  Sankt-Peterburqda Kazan müsəlmanları tərəfindən “azan basması” brendi ilə çap edilmiş  Qurani-Kərimin surətidir.

Avqustun 17-də  Kazan Kremlində sonuncu Allah Kitabının  sözügedən nüsxəsinin  Aleksey Leonov adına Rusiya Coğrafiya cəmiyyətinin sualtı elmi-tədqiqat dəstəsinin üzvü Rüstəm Gilmutdinova təqdim ediləcək, müqəddəs Kitab  onunla bərabər təntənəli şəkildə Məkkəyə yola salınacaq.

2014-cü ildə məhz bu sualtı ekspedisiyanın üzvləri sözügedən Quran nüsxəsini Antarktidadakı Rusiyaya məxsus “Bellinshauzen” qütb stansiyasına çatdırmışdı. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az