Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Anastasiya İbrahimli: “Hicab idmanla məşğul olmağıma maneçilik törətmir”

“İdmançı olsa da, olmasa da, qadın özünü örtməlidir”.

“Bu cür yarış təşkil etdiyinə görə, ölkəmizə minnətdaram. Qalib gəldiyim üçün çox sevinirəm”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimli deyib. 69 kq çəki dərəcəsində çıxış edən İbrahimli Oyunlara hicabla qatılmasına da münasibət bildirib: “Bu, mənim dinimdir. Uzun illər əvvəl İslama gəldim. İdmançı olsa da, olmasa da, qadın özünü örtməlidir. Bu, mənim həyat tərzimdir və idmanla məşğul olmağıma maneçilik törətmir”.

Qeyd edək ki, Anastasiya İbrahimli İslamiadada iki hərəkətin cəmində 219 kq (birdən 100, təkanla 119 kq) nəticə ilə qızıl medala sahib çıxıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az